Pink Floyd

Pink Floyd
Loqonun şəkli
Əsas məlumatlar
Üslub proqressiv rok,psixodelik rok,art rok
Fəaliyyət illəri 1965-1996, 2005, 2012-2014
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Şəhər London
Dil ingilis dili
Leybl Harvest, Capitol, Columbia
Keçmiş üzvlər Sid Barrett
Bob Klouz
Devid Gilmor
Nik Meyson
Rocer Uoters
Riçard Rayt
pinkfloyd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Pink Floyd 1965-ci ildə gitara və vokalda Sid Barrett, bateridə Nick Mason, basda və vokalda Roger Waters, elektronik piano və vokalda Riçard Rayt adlı universitet tələbələri tərəfindən yaradılmışdır. 1960-ların sonunda Londonun yeraltı musiqi dünyasında verdikləri konsertlərlə məşhurluq qazandılar və Barrett-in liderliyi ilə iki ədəd top listlərə girən single və müvəffəqiyyətli bir albom olan The Piper at the Gates of Dawn-ı yayınladılar. Gitarist və vokalist Devid Gilmor 1967-ci ilin dekabrında qrupa qatıldı. Psixoloji olaraq problemlər yaşayan Barrett, vəziyyətinin pisləşməsi ilə 1968-ci ilin aprelində qrupdan ayrıldı. Waters qrupun mahnı yazarı və lideri oldu, The Dark Side of the Moon(1973), Wish You Were Here(1975),Animals(1977),The Wall(1979) və The Final Cut(1983) kimi konsept albomlara öz imzasını atdı. The Dark Side of the MoonThe Wall bütün zamanların ən çox satan albomlarından oldu. Qrupun simvolu halına gəlmiş The Dark Side of the Moon, bütün zamanların ən çox zirvədə qalmış albomu olaraq Billboard 200 listində 741 həftə qalmışdır.

Yaşanan bir sıra mübahisələrin ardından Wright, 1979-cu ildə qrupu tərk etdi. Bunun ardınca 1985-ci ildə Waters də qrupdan ayrıldı. Gilmour və Mason Pink Floyd olaraq musiqi həyatlarına davam etdilər, Wright isə öncə studiya musiqiçisi olaraq, sonra isə qrup üzvü kimi təkrar qrupa qayıtdı. Üçlü iki albom daha yayınladı - A Momentary Lapse of Reason(1987) və The Division Bell(1994). Qrup 1994-cü ilə kimi bu üçlü ilə konsertlər verdi. Demək olar ki, 20 illik bir incikliyin ardından, Gilmour,Wright və Mason, bir xeyriyyə konserti olan Live 8 üçün 2005-ci ildə Waters-lə yenidən bir araya gəldi və Pink Floyd olaraq konsert verdi. Gilmour və Waters daha sonra qrupu yenidən diriltmək planlarının olmadığını açıqladı. Barrett 2006-cı ildə, Wright isə 2008-ci ildə vəfat etdi. Çox hissəsi yayımlanmamış mahnılardan ibarət The Endless River Waters olmadan hazırlandı və 2014-cü ildə təqdim edildi. Pink Floyd, 1996-cı ildə ABŞ- da Rock and Roll Hall of Fame-ə, 2005-ci ildə isə UK Music Hall of Fame-ə daxil edildi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search